...

ABŞ dövlət katibi İsrailə səfər edib

Dünya xəbərləri Materials 22 Mart 2024 14:14 (UTC +04:00)
ABŞ dövlət katibi İsrailə səfər edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib.

Trend xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Blinkenin Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb. Bundan sonra ABŞ dövlət katibi İsrail Hərbi Kabinetinin üzvləri ilə görüşməlidir.

Xatırladaq ki, ötən gün Antoni Blinken "Al Hadath" telekanalına müsahibəsində ABŞ-nin Qəzza zolağında dərhal atəşkəs elan olunması və israilli girovların qaytarılmasına dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında (TŞ) təqdim etdiyini bildirib.

Blinken ABŞ-nin İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini, lakin hazırda Qəzza zolağında təhlükədə olan və əziyyət çəkən mülki əhalinin müdafiəsinə fokuslandığını bildirib.

"Biz daha çox yardım almaq və onu ehtiyacı olan şəxslərə çatdırmaq üçün səylərə rəhbərlik edirik. Biz bunun üçün hər cür səy göstəririk", - ABŞ dövlət katibi əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti