...

Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar alacaq

Dünya xəbərləri Materials 27 Mart 2024 04:49 (UTC +04:00)
Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar alacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Dünya Bankının proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal deyib.

"Dünya Bankının Direktorlar Şurası inkişaf siyasəti borcu çərçivəsində Ukraynaya 1,5 milyard dollar ayrılması barədə qərarı təsdiqləyib. Bunun 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək", - deyə D.Şmiqal öz "Telegram" kanalında yazıb. Baş nazir Ukraynanın martın sonuna qədər vəsaitin alacağına ümid etdiyini bildirib.

Ukrayna 2024-cü il üçün 43,9 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırır. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti