...

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140-a çatıb - Yaralıların SON DURUMU

Dünya xəbərləri Materials 27 Mart 2024 15:10 (UTC +04:00)
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140-a çatıb - Yaralıların SON DURUMU
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər", - Muraşko qeyd edib.

Nazir həmçinin, yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76 nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbəri əlavə edib ki, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır.

Qeyd edək ki, martın 26-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Crocus City Hall"da baş vermiş terror aktından sonra dağıntıların təmizlənməsini başa çatdırıblar. Ölənlərin ilkin siyahısı dərc edilib - orada 120 şəxs qeyd olunub. Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti