...

ABŞ Ukraynanın Rusiyada neft emalı zavoduna hücumlarından narahatdır - Zelenski

Dünya xəbərləri Materials 30 Mart 2024 12:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukraynanın Rusiyada neft emalı zavoduna hücumlarından narahatdır.

Trend xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "The Washington Post" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına reaksiyası müsbət olmayıb.

"Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz", - deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti