Bakı. Trend:
ABŞ, Cənubi Koreya və Yaponiya birgə aviasiya təlimləri keçirib.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Birgə manevrlər Çejudo adasının cənub-şərqində, Cənubi Koreya və Yaponiyanın hava hücumundan müdafiə zonalarının kəsişdiyi ərazidə keçirilib.
Onların KXDR-dən artan nüvə raket təhlükəsinə cavab olaraq çəkindirmə potensialının artırılması məqsədi ilə həyata keçirildiyi qeyd edilir.
Təlimlərin Şimali Koreya tərəfindən artan raket-nüvə təhdidinə cavab olaraq keçirildiyi qeyd olunub.