...

Norveç hərbi xərcləri artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 6 Aprel 2024 03:48 (UTC +04:00)

Bakı. Trend:

Norveç xarici təhdidlərin artması şəraitində ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yaxın 12 ildə hərbi xərcləri 600 milyard Norveç kronu (56 milyard dollar) artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Skandinaviya ölkəsi hökumətinin açıqlamasında deyilir.

Norveç səlahiyyətlilərinin məlumatına görə, onlar 2036-cı ilə qədər müdafiəyə, ümumilikdə, 1,62 trilyon kron (151 milyard dollardan çox) xərcləmək niyyətindədirlər. "Bu plan müdafiə sahəsində xərclərin tarixi artımını və Silahlı Qüvvələrin bütün növlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini nəzərdə tutur", - deyə Norveç hökumətinin başçısı Yonas Gar Störe bildirib.

Bundan əvvəl Baş nazir İkinci Dünya müharibəsindən bəri müdafiə xərclərinin ən genişmiqyaslı artırılması proqramını parlamentin müzakirəsinə təqdim etmək niyyətində olduğunu deyib. Onun sözlərinə görə, Oslo bu addımı “Vilnüsdə (NATO-nun iyul sammitində - red.) razılaşdırılmış regional planlara uyğun olaraq” atır.

Xəbər lenti

Xəbər lenti