...

Fransada şəhər merinin evindən 70 kq marixuana tapılıb

Dünya xəbərləri Materials 7 Aprel 2024 18:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Avallon şəhərinin merinin evində 70 kiloqram marixuana aşkar edilib.

Trend xəbər verir ki, bu barədə bazar günü BFMTV kanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

“Bazar günü, aprelin 7-də Yonne departamentində Avallon şəhərinin sosialist meri Djamila Absaouinin evində ən azı 70 kiloqram marixuana aşkar edilib”, - telekanalın açıqlamasında deyilir.

Hüquq-mühafizə orqanları merin qardaşının qadağan olunmuş maddələrin satışı ilə məşğul olduğunu müəyyən ediblər.

Bu həftə Fransa hakimiyyəti Tuluza, Strasburq və Nantda, eləcə də daha altı şəhərdə genişmiqyaslı anti-narkotik əməliyyatlara başlayıb. 1,7 mindən çox insan saxlanılıb.

Xəbər lenti

Xəbər lenti