...

SSRİ Qəhrəmanı kosmonavt Vladimir Aksyonov vəfat edib

Dünya xəbərləri Materials 9 Aprel 2024 22:08 (UTC +04:00)
SSRİ Qəhrəmanı kosmonavt Vladimir Aksyonov vəfat edib

Bakı. Trend:

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ pilot-kosmonavtı, polkovnik-leytenant Vladimir Aksyonov 90 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Kosmik Agentliyinin ("Roskosmos") mətbuat xidməti məlumat yayıb.

"Roskosmos"un rəhbəri Yuri Borisov yaxınlarına başsağlığı verib.

V.Aksyonov “Soyuz-22” və “Soyuz T-2” kosmik gəmilərində göyərtə mühəndisi olub.

O, ilk uçuşunu 1976-cı ildə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti