...

ABŞ Yaxın Şərq dövlətləri vasitəsilə İran və İsrail arasında gərginliyi azaltmağa çalışır - KİV

Dünya xəbərləri Materials 11 Aprel 2024 15:41 (UTC +04:00)
ABŞ Yaxın Şərq dövlətləri vasitəsilə İran və İsrail arasında gərginliyi azaltmağa çalışır - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın İsraillə münasibətlərdə gərginliyi azaltmasına kömək etmələri üçün Yaxın Şərq dövlətlərinə müraciət edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqdan İsraillə gərginliyi azaltmaqla bağlı çağırışını İrana çatdırmalarını xahiş edib.

Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində İsrail hərbi hava qüvvələrinin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. İran tərəfi bu hücumun cavabsız qalmayacağını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti