...

HƏMAS girovlar haqqında məlumat almaq üçün atəşkəsə ehtiyac olduğunu bildirib

Dünya xəbərləri Materials 12 Aprel 2024 01:43 (UTC +04:00)
HƏMAS girovlar haqqında məlumat almaq üçün atəşkəsə ehtiyac olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yalnız Qəzza zolağında atəşkəs HƏMAS-a anklavda qalan bütün israilli girovlar haqqında məlumat əldə etmək üçün kifayət qədər vaxt verəcək.

Trend-in məlumatına görə, bu barədə hərəkatın xarici əlaqələr şöbəsinin rəhbəri Basem Naim deyib.

"Danışıqlar əsir götürülmüş israillilər haqqında son və daha dəqiq məlumat toplamaq üçün vaxt və təhlükəsizliyə imkan verən atəşkəs razılaşmasını nəzərdə tutur", - deyə o bildirib.

B.Naim izah edib ki, girovlar müxtəlif qruplar tərəfindən və müxtəlif yerlərdə saxlanılır və onlardan bəziləri artıq İsrailin zərbələri nəticəsində ölüb. O, həmçinin xatırladıb ki, Qahirədə keçirilən son danışıqlarda girovlar məsələsi daha geniş atəşkəs razılaşmasının mövzularından yalnız biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti