...

ABŞ səfirliyi əməkdaşlarına İsrail daxilində səyahət etməyi qadağan edib

Dünya xəbərləri Materials 12 Aprel 2024 10:20 (UTC +04:00)
ABŞ səfirliyi əməkdaşlarına İsrail daxilində səyahət etməyi qadağan edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İsraildəki səfirliyi əməkdaşlarına və onların ailə üzvlərinə ölkənin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib.

Trend xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.

Məlumata görə, xəbərdarlıq İranın İsrailə cavab zərbəsi endirəcəyi ilə bağlı təhdidlərin fonunda təhlükəsizlik məqsədilə edilib.

Belə ki, ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Təl-Əviv, Qüds və Beer-Şebadan kənara çıxmaq qadağan edilib. Səfirlik əməkdaşlarının o cümlədən, köhnə Qüds də daxil olmaqla müəyyən bölgələrə səyahət etməmələri və bütün təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunub.

Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində İsrail hərbi hava qüvvələrinin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. İran tərəfi bu hücumun cavabsız qalmayacağını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti