...

İran İsrailə hücumla bağlı rəsmi məlumat yaydı

Dünya xəbərləri Materials 14 Aprel 2024 00:45 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə qarşı hücuma başladığını rəsmən təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Koprusu (SEPAH) bəyanat verib.

SEPAH-ın bəyanatında bildirilir ki, İrandan İsrailin və onun hərbi mövqelərinə qarşı onlarla PUA və raket atılıb.

Bəyanatda qeyd olunur ki, İsrailin bir neçə hücumu, o cümlədən İranın Dəməşqdəki Səfirliyinin konsulluq binasına hücumu və İranın Suriyada hərbi komandan və müşavirlərindən bir qrupunun ölməsinə reaksiya olaraq İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aeronavtika qüvvələri İsraildə müəyyən olunmuş məqsədlərə onlarla PUA və raket atıb.

Qeyd edək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti