...

İran prezidenti Pakistana səfər edəcək

Dünya xəbərləri Materials 15 Aprel 2024 11:12 (UTC +04:00)
İran prezidenti Pakistana səfər edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana 2 günlük səfər edəcək.

Trend xəbər verir ki, bu barədə "The News International" qəzeti diplomatik çevrələrdəki mənbələrə istinadən məlumat yayıb.

İran səfirliyindəki mənbələr bildirib ki, səfər qrafiki İslamabad və Tehran tərəfindən rəsmi elan olunmalıdır, lakin səfər planı artıq təsdiqlənib. Pakistanın Xarici İşlər Nazirliyi də səfərin baş tutacağını təsdiqləyib.

Qeyd olunub ki, İran prezidenti Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək. Danışıqların əsas mövzusunu Yaxın Şərqdəki son hadisələr və regional təhlükəsizliklə bağlı vəziyyətin müzakirəsi təşkil edəcək. Bundan başqa, ikitərəfli münasibətlər, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, qaz kəmərinin tikintisi və sərbəst ticarətə dair potensial sazişlər müzakirə olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti