...

BƏƏ-də uçuşlar təxirə salınıb

Dünya xəbərləri Materials 16 Aprel 2024 21:00 (UTC +04:00)
BƏƏ-də uçuşlar təxirə salınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən ümumilikdə 45 aviareysi ləğv edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hava limanının məlumatında bildirilib.

Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib. Gün ərzində hava limanında bütün əməliyyatlar 25 dəqiqə dayandırılsa da, sonradan bərpa edilib.

"Hava limanına gedən yolları güclü su basıb. Yağıtıların davam edəcəyi gözlənilir", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti