...

İsrail İranın hücumuna cavab olaraq hərəkətə keçmək qərarına gəlib - Devid Kemeron

Dünya xəbərləri Materials 17 Aprel 2024 14:28 (UTC +04:00)
İsrail İranın hücumuna cavab olaraq hərəkətə keçmək qərarına gəlib - Devid Kemeron
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın İsrailə hücumundan sonra gərginliyi azaltmaq və ölkə liderləri ilə danışıqlar aparmaq məqsədilə bu gün Təl-Əvivə səfər edib.

Trend xəbər verir ki, Kemeron jurnalistlərə açıqlamasında İranın hücumuna cavab olaraq israillilərin hərəkətə keçmək qərarına gəldiyini qeyd edib.

“Ümid edirik ki, onlar bunu mümkün qədər az eskalasiyaya səbəb olacaq şəkildə edəcəklər”,- deyə baş nazir bildirib.

O, Böyük Britaniyanın İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istədiyini də vurğulayıb.

Devid Kemeron Böyük Yeddilik Qrupu ölkələrinin xarici işlər nazirlərinin İtaliyadakı görüşü ərəfəsində deyib ki, G7 tərəfindən İrana aydın və birmənalı mesaj verilməlidir.

Xəbər lenti

Xəbər lenti