...

İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb

Dünya xəbərləri Materials 19 Aprel 2024 08:12 (UTC +04:00)
İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi İranın dövlət KİV-sinə istinadən bildirib.

"İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb", - deyə qeyd olunub.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti