...

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Dünya xəbərləri Materials 22 Aprel 2024 00:45 (UTC +04:00)
Dubay aeroportu fəaliyyətini tam bərpa edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş verən intensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib.

Trend-in məlumatına görə, hava limanının hər 3 terminalı sərnişinlərə adi rejimdə xidmət göstərir. Kiçik istisnalarla bütün beynəlxalq reyslər vaxtında qəbul edilib yola salınır. Yük terminalı da normal iş rejiminə qayıdıb.

Bununla belə, daşqınlar vaxtı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti