...

Türkiyədə ağır yol qəzası olub

Dünya xəbərləri Materials 23 Aprel 2024 04:41 (UTC +04:00)
Türkiyədə ağır yol qəzası olub

Bakı. Trend:

Türkiyənin Samsun şəhərinin Havza rayonunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza rayonun Vezirkörpü qovşağında qeydə alınıb.

Bildirilib ki, avtomobil qəzasında ümumilikdə səkkiz nəfər yaralanıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti