...

Türkiyədə bundan sonra səfərbərliyi prezident elan edəcək

Dünya xəbərləri Materials 22 May 2024 10:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə verilib.

Trend xəbər verir ki, müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib.

Əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyətinə malikdir.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti Nazirlər Şurasına məxsus idi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti