Bakı. Trend:
Tunis prezidenti Kais Said İran İslam İnqilabından sonra ölkə rəhbəri kimi ilk dəfə İrana səfər edib.
Trend-in məlumatına görə, Tunis prezidenti helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətlə vida mərasimində iştirak edəcək.
Qeyd edək ki, İranda İslam İnqilabı 1979-cu ildə İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnib.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.