Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident seçkilərində rəqibi, ABŞ-nin hazırki prezidenti Co Baydenlə "oturaq" debat keçirməkdən imtina edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Bu gün onlar dedilər: biz sizin oturmağınız üçün masalar qoymaq istəyirik. Bildirdim ki, mən oturmaq istəmirəm", - Tramp deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debat iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında keçiriləcək. Debat "CNN" telekanalı vasitəsilə canlı yayımlanacaq.