...

Ermənistan Qərbin təzyiqi altında XİN və MN xəttilə Rusiya ilə təmaslardan çəkinir - Mixail Qaluzin

Dünya xəbərləri Materials 5 İyun 2024 10:01 (UTC +04:00)
Ermənistan Qərbin təzyiqi altında XİN və MN xəttilə Rusiya ilə təmaslardan çəkinir - Mixail Qaluzin
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Qərbin təzyiqi altında Xarici İşlər və Müdafiə Nazirlikləri xəttilə Rusiya ilə təmaslardan çəkinir.

Trend xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"2023-cü ilin noyabrından etibarən xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlar Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr üçün növbəti planın hazırlanması və yekunlaşdırılması təklifimizə maraq göstərmədi. Müdafiə Nazirlikləri xəttilə təmasların dinamikasının nəzərəçarpan dərəcədə azalması bizim təqsirimiz ucbatından deyil",- o deyib.

Bundan başqa, Rusiya XİN rəhbərinin müavini İrəvan və Moskva arasında hərbi-texniki əməkdaşlığın da zəiflədiyini əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti