...

Belarusa qarşı xarici təcavüz Rusiyaya hücum kimi qiymətləndiriləcək - Zaxarova

Dünya xəbərləri Materials 7 İyun 2024 13:22 (UTC +04:00)
Belarusa qarşı xarici təcavüz Rusiyaya hücum kimi qiymətləndiriləcək - Zaxarova
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarusa qarşı xarici təcavüz Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litvanın xarici işlər nazirinin Ukraynanın Belarusa zərbələr endirə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"Belarusa qarşı xarici təcavüz bütün sonrakı nəticələri ilə birlikdə Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək", - Rusiya XİN nümayəndəsi deyib.

Qeyd edək ki, bu yaxınlarda Litvanın xarici işlər naziri Gabrielius Landsbergis bildirib ki, Belarusda Rusiya ilə əlaqəli hərbi hədəflər olarsa Ukrayna ölkə ərazisinə zərbələr endirə bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti