Bakı. Trend:
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Edvard Asryan və Fransanın quru qoşunları komandanı Pyer Şill arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, görüş Almaniyada, Avropa ölkələrinin quru qoşunları komandanlarının konfransı çərçivəsində baş tutub.
Tərəflər əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi barədə razılığa gəliblər.