...

NATO Ukraynaya 40 milyard dollar ayırmaq öhdəliyini razılaşdırmayıb - Baş katib

Dünya xəbərləri Materials 14 İyun 2024 19:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO Ukraynaya silah üçün ildə 40 milyard dollar ayırmaq öhdəliyini razılaşdırmayıb.

Trend xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NATO maliyyə yardımının ayrılmasında daha çox proqnozlaşdırıla bilən olmalıdır.

"İkinci element uzunmüddətli maliyyə öhdəlikləri olacaq. Bu barədə hələ ki, razılaşmamız yoxdur. Mən bunun üzərində işləyirəm və çoxları bizə təkcə qısamüddətli öhdəliklərin lazım olmadığı fikrini çox dəstəkləyir və əlbəttə, xoşdur. Lakin üzərimizə daha uzunmüddətli, proqnozlaşdırıla bilən öhdəliklər götürə bilsək, bu ukraynalıların daha yaxşı planlaşdırma, daha çox proqnozlaşdırılma və şəffaflığı təmin etməsinə imkan yaradacaq", - o deyib.

Qeyd edək ki, bundan əvvəl NATO Baş katibinin Ukrayna üçün yeni fond yaratmaq istədiyini və alyansa üzv ölkələrin bu fonda hər il 100 milyard dollard köçürəcəyi barədə məlumat yayılmışdı. Sonradan bu məbləğin 40 milyard avro ilə dəyişdirildiyi qeyd olunmuşdu.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti