...

Moskvada qidadan kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanaya düşüb

Dünya xəbərləri Materials 17 İyun 2024 17:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya paytaxtı Moskvada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

O əlavə edib ki, infeksiyaya yoluxanlardan 30-u reanimasiyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti