...

Ekvadorda torpaq sürüşməsi - Ölənlər var

Dünya xəbərləri Materials 18 İyun 2024 10:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorun Banos şəhərində baş verən sel torpaq sürüşməsinə səbəb olub.

Trend xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində yeddi nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Ölənlərdən beşinin bir ailənin üzvü olduğu qeyd olunub.

Xilasedicilər ərazidə axtarış aparırlar. 17 nəfərin taleyi barədə hələlik məlumat yoxdur.

Səlahiyyətlilərin məlumatına görə, sel və daşqına səbəb olan yağış ölkənin 24 vilayətindən 10-na təsir edib.

Xəbər lenti

Xəbər lenti