...

Bayden fəal şəkildə Trampla debatlara hazırlaşır

Dünya xəbərləri Materials 22 İyun 2024 02:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampla ilk seçki debatına intensiv hazırlıqlara başlayır.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, debatlar iyunun 27-nə planlaşdırılıb və 90 dəqiqə davam edəcək.

Qeyd olunub ki., hazırlıqlar C.Baydenin Kemp-Deviddəki prezidentin iqamətgahında gedir. Onun debat ərəfəsində seçki kampaniyasının köməkçiləri ilə qarşıdakı çıxışı üzərində işləyəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti