...

Avropa Parlamentinin deputatları Macarıstanı səs hüququndan məhrum etmək istəyir - KİV

Dünya xəbərləri Materials 16 İyul 2024 15:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin deputatları Macarıstanı səs hüququndan məhrum etməyi tələb edib.

Trend xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Parlamentini deputatlarının məktubuna istinadən məlumat yayıb.

Deputatlar buna səbəb olaraq Macarıstanın baş naziri Viktor Orbanın bu yaxında Rusiya və Çinə baş tutan səfərini göstəriblər.

"Avropa Parlamentinin deputatları Macarıstanın baş nazirinin Rusiya və Çinə səfərindən sonra ölkəni Avropa İttifaqında (Aİ) səs hüququndan məhrum etməyi tələb ediblər", - nəşr yazır.

Avropa Parlamentinin 63 deputatının adından yazılan məktubda qeyd olunub ki, Viktor Orban Rusiya və Çinə səfər etməklə Aİ-yə mühüm zərər vurub.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Rusiyaya səfər edib və ölkə prezidenti Vladimir Putinlə görüşüb. İyulun 8-də isə baş nazir Çinə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti