...

Fransada iğtişaşlar baş verib

Dünya xəbərləri Materials 21 İyul 2024 02:02 (UTC +04:00)

Bakı. Trend:

Fransanın qərbindəki La-Roşel kommunasında baş verən qarşıdurma zamanı dördü polis əməkdaşı olmaqla azı 9 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Şarent departamentinin polis prefekti Bris Blondel brifinqdə bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dörd yaralı var, üçü yüngül xəsarət alıb”, - deyə Blondel vurğulayıb.

Qeyd edək ki, Fransada suvarma hövzələrinin tikintisinə etiraz edənlər La-Roşel limanında aksiya təşkil ediblər. Nümayişlərdə 6 minə yaxın şəxs olub.

Xəbər lenti

Xəbər lenti