Bakı. Trend:
Padova - Milan avtomagistralında baş verən zəncirvari qəza nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.
Trend xəbər verir ki, bir yük maşını və 7 minik avtomobilinin iştirakı ilə baş verən qəzada yol hər iki istiqamətdə bağlanıb, uzun tıxac yaranıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.