Bakı. Trend:
Bu gün Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub.
Trend xəbər verir ki, bu barədə bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov "Shot" "Telegram" kanalına deyib.
Şübhəlinin ekstradisiya olunacağı ilə bağlı suala cavab olaraq Bortnikov bildirib ki, bu istiqamətdə Türkiyə ilə iş görülür.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada "Toyota Land Cruiser" markalı avtomobil partladılıb. Partladılan avtomobil Andrey Torqaşov adlı hərbçiyə məxsus olub.
Məlumata görə, partlayışa avtomobilə partlayıcı qurğunun yerləşdirilməsi səbəb olub. Hadisə baş verən zaman Torqaşov və həyat yoldaşı avtomobildə olublar.
Partlayış nəticəsində Torqaşov ayağını itirib, arvadı isə qəlpə yaraları alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.