Bakı. Trend:
Rusiyada sərnişin qatarının relsdən çıxması nəticəsində 140 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, "Kazan-Adler" sərnişin qatarı Volqoqrad vilayətində relsdən çıxıb. Qəzaya dəmir yolu keçidində "Kamaz" markalı yükboşaldan avtomobillə toqquşma səbəb olub. "Kamaz"ın sürücüsü və sərnişini qəzadan sağ çıxıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.