...

İsrailin raket zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın "sağ əli" öldürülüb

Dünya xəbərləri Materials 31 İyul 2024 04:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Beyrutda bəzi bölgələri bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri, Fuad Şükr həlak olub.

Trend xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bəzi mənbələr isə Şükrün ölmədiyini və onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edir.

CNN telekanalı da Livan hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən sağ çıxması ilə bağlı xəbər yayıb.

Qeyd edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşıdığı iddia edilən Şükrü öldürmək məqsədilə Beyrutun ətraf bölgələrinə zərbələr endirib.

Fuad Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir və onun "sağ əli" sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti