Moskva İsmayıl Haniyənin ölümünü "yolverilməz siyasi qətl" adlandırıb

Dünya xəbərləri Xəbər 31 İyul 2024 11:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov İrana hücum nəticəsində "HƏMAS" siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünü "tamamilə yolverilməz siyasi qətl" adlandırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir müavini mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fələstin islam hərəkatının liderinin qətli proseslərin daha da gərginləşdirilməsinə gətirib çıxaracaq.

Boqdanov, həmçinin, qeyd edib ki, Haniyənin ölümü atəşkəsin əldə olunması və girovların azad edilməsi barədə Dohadakı danışıqlara mənfi təsir göstərəcək.

CNN telekanalı qeyd edib ki, "HƏMAS"ın beynəlxalq münasibətlərinə məhz Haniyə cavabdeh olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti