Bakı. Trend:
Mail.ru xidmətinin işində nasazlıq baş verib.
Trend xəbər verir ki, bu barədə sboy.ru saytı məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 618 şikayət daxil olub, onların 33%-i Moskvadan gəlir.
Sankt-Peterburqdan şikayətlərin 14%-i, Rusiyanın digər bölgələrindən isə təxminən 3%-i daxil olub. İstifadəçilər saytın açılmadığını və yenilənmənin olmadığını bildiriblər.