Bakı. Trend:
Yaxın Şərqdə vəziyyət bu həftənin əvvəlində HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyyənin Tehranda və "Hizbullah" lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şuqrənin Beyrutda öldürülməsindən sonra kəskin şəkildə gərginləşdi.
Trend-in İnterFaks-a istinadən verdiyi məlumata görə, "Böyük Yeddilik" ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdəki münaqişənin bütün tərəflərinin təmkin göstərməli və eskalasiyanın qarşısını almalı olduqlarını hesab edirlər. Bu barədə bazar günü İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.
"Tərəfləri vəziyyətə aid olan hər hansı təşəbbüslərdən çəkinməyə və dialoqa mane ola biləcək və eskalasiyaya səbəb ola biləcək addımlar atmamağa çağırırıq," deyə hazırda G7-yə sədrlik edən İtaliyanın xarici işlər naziri Tajani bildirib.
O qeyd edib ki, G7 nazirləri "daha geniş regional münaqişəyə səbəb ola biləcək son hadisələrdən ciddi narahatdırlar."