Bakı. Trend:
İsveçrənin triatlon üzrə yığmasının 2 üzvü Adrien Brifford və Simon Vestermannın sağlamlığında problem yaranıb.
Trend xəbər verir ki, bu barədə Fransa Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hər iki idmançıda bağırsaq çöpü aşkarlanıb.
Qeyd edək ki, triatlon üzrə yarışlar Parisdə Sena çayında keçirilir. İdmançıların suyun pis keyfiyyəti səbəbindən infeksiyaya yoluxduqları bildirilir.
Həmçinin qeyd edək ki, bundan əvvəl Belçikadan olan idmançı da analoji səbəbdən xəstəxanalıq olub.