...

İranla Əfqanıstan sərhəd məntəqəsi bağlandı

Dünya xəbərləri Materials 5 Avqust 2024 16:26 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Əfqanıstanla sərhədində Doğarun xüsusi iqtisadi zonasında güclü yanğın baş verdiyinə görə sərhəd məntəqəsi fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin Taibad rayonu qubernatorunun müavini Məhəmməd Rza Rezayi deyib.

Onun sözlərinə görə, yanğın Doğarun xüsusi iqtisadi zonada yanacaq anbarlarından birində baş verib. Hələlik yanğını söndürmək mümkün olmayıb. Yanğın o qədər güclüdür ki, 18 km məsafədən müşahidə olunmaqdadır.

Rezayi bildirib ki, yanğın səbəbindən Doğarun xüsusi iqtisadi zonası, gömrüyü və sərhəd bazarı istiqamətində hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, Doğarun gömrük sərhəd məntəqəsi İranın beş əsas gömrük məntəqəsindən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti