Bakı. Trend:
İsrail ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Herzi HaLevi müxtəlif böhran vəziyyətləri üçün fövqəladə vəziyyət planlarını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
Məlumata əsasən, bu qərar İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin ölümünə cavab tədbirlərinə hazırlıq fonunda verilib.
Qeyd edilib ki, İsrail ordusu hazırda İran və Livanda yerləşən "Hizbullah" qruplaşmasının mümkün hücumlarına hazırlaşır.