...

İsrail ordusu "Hizbullah"ın elit qüvvələrinin komandirini məhv etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 6 Avqust 2024 01:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri Livanın cənubundakı "Hizbullah" təşkilatının elit xüsusi təyinatlı “Radvan” komandiri Əli Camaləddin Cavadın hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hava əməliyyatı Ebba yaşayış məntəqəsi ərazisində həyata keçirilib.

Nazirlik qeyd edib ki, Cavadın öldürülməsi "Hizbullah"ın “Livanın cənubunda İsrailin şimalına qarşı terror fəaliyyəti həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə daraldır”.

Bildirilib ki, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri qonşu ölkənin cənubunda yerləşən Kfarkela bölgəsində "Hizbullah"ın hərbi strukturuna və terror obyektinə hücum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti