...

Bu üç ölkə Qəzza zolağına sülhməramlı göndərməkdən imtina edib

Dünya xəbərləri Materials 7 Avqust 2024 11:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-nin Qəzza zolağına sülhməramlı göndərmək təklifindən imtina ediblər.

Trend xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı bu sülhməramlı missiyanın İsrailin fələstinlilərdən müdafiəsi kimi görünəcəyi üçün təklifdən imtina ediblər.

Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə missiyada iştirak etmək istədiklərini bildiriblər, lakin bir sıra şərtlər irəli sürüblər. Bunların arasında "iki xalq üçün iki dövlət konsepsiyası"na əməl olunması da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti