...

BKS-də qalan astronavtlar gələn ilə qədər Yerə qayıtmaya bilərlər

Dünya xəbərləri Materials 8 Avqust 2024 20:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Starliner” kosmik gəmisindəki problemlərə görə hələ də Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki astronavt gələn ilə qədər Yerə qayıtmaya bilər.

Trend xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, “Boeing”in Starliner kapsulunda uçan ilk ekipaj olmuş amerikalı astronavtlar Butç Vilmor və Suni Vilyamsın BKS-ə səkkizgünlük uçuşu 2025-ci ilə qədər uzana bilər. İyun ayında Yer kürəsini tərk edən astronavtlar “Boeing Starliner” kapsulunda yaranan problemlərə görə Beynəlxalq Kosmik Stansiyada qalırlar. Kosmik gəmidə uçuş zamanı helium sızması da aşkar edilib.

“Boeing”in nümayəndəsi bildirib ki, əgər NASA “Starliner”in missiyasını dəyişdirmək qərarına gəlsə, şirkət kosmik gəminin ekipajsız geri qayıtması məqsədilə konfiqurasiya etmək üçün lazım olan hərəkətləri edəcək”, - deyə “The Guardian” yazır.

“Reuters” xəbər verir ki, “Starliner” ilə bağlı müxtəlif problemlər “Boeing”ə təxminən 1,6 milyard dollara başa gəlib.

Kosmik agentlik gələn həftə astronavtların qayıtmasından sonra yekun qərar qəbul etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti