Astana. Trend:
Dolu Qazaxıstanın "Air Astana" aviaşirkətinin dörd təyyarəsinə ziyan vurub.
Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Air Astana" sərnişinlərin nəzərinə çatdırır ki, aviaşirkətin reysləri gecikə bilər. Gecikməyə avqustun 8-də Astanada baş verən qasırğa və dolunun nəticələri səbəb ola bilər. Hazırda dolu səbəbindən 4 təyyarəyə ziyan dəyib”, - məlumatda deyilir.
Qeyd olunur ki, aviaşirkətin mühəndisləri bir neçə gün çəkəcək lazımi yoxlamalar və təmir işləri aparırlar.