...

Türkiyədə “Narkoçelik-31” əməliyyatı: 91 nəfər ələ keçdi

Dünya xəbərləri Materials 10 Avqust 2024 12:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 26 əyalətində keçirilən “Narkoçelik-31” adlı əməliyyatlar keçirilib. Nəticədə 91 narkotacir və küçə satıcısı saxlanılıb, bir ton 47 kq narkotik maddə isə müsadirə olunub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir qeyd edib ki, 253 ekipaj və 996 şəxsi heyətin qatıldığı əməliyyatlar Diyarbakır, Ədirnə, Elazığ, Manisa, Aksaray, Adana, Balıkəsir, Bitlis, Batman, Bingöl, Malatya, Ağrı, Kırklareli, Aydın, Yalova, Afyonkarahisar, Antalya, Ərzurum, Karaman, Sakarya, Rize, Kırıkkale, Muğla, İzmir, Siirt və Ankarada keçirilib.

"Saxlanılan 91 şübhəlidən 55-i həbs olunub, 9-u ədliyyə nazirliyinin nəzarətinə verilib, qalanları barəsində araşdırma aparılır. Axtarışlar zamanı bir ton 47 kiloqram narkotik vasitə, 8 milyon 249 min ədəd çətənə kolu, skunk kökü və 21 min ədəd narkotik həb götürülüb", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti