...

Paris-2024: Azərbaycan bağlanış mərasimində paraddan keçib

Dünya xəbərləri Materials 11 Avqust 2024 23:54 (UTC +04:00)
Paris-2024: Azərbaycan bağlanış mərasimində paraddan keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Paris. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması rəsmi paraddan keçib.

"Stad de Frans" stadionunda təşkil olunan mərasimdə bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub və medal siyahısın 30-cu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti