...

Ukraynada nazir müavini tutuldu

Dünya xəbərləri Materials 12 Avqust 2024 13:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alması ittihamı ilə tutulub.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbəör verir.

Məlumata görə, adı çəkilən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırması nəticəsində o bir sıra dövlət müəssisələrinin rəhbərlərinə Lvovsk-Volınsk kömür mədənindən qeyri-qanuni istifadə imkanının yaradılacağı və bunun üçün zəruri avadanlıqların veriləcəyini vəd edərək, onlardan külli-miqdarda rüşvət alıb.

Qeyd edilir ki, məlumatı nazirlik təsdiqləyib, lakin həbs olunan şəxsin adını açıqlamayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti