Bakı. Trend:
Qəzza zolağında atəşkəs və Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb.
Trend-in məlumatına görə, bu barədə HƏMAS hərəkatının Livandakı nümayəndəsi Əhməd Abdel Hadi bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Qətərdə baş tutan danışıqların nəticələri ilə bağlı nikbin münasibəti real vəziyyətə uyğun gəlmir.
"Bayden administrasiyası mühitin əlverişli olduğunu göstərməyə çalışır. Amma birinci dövrədə heç bir irəliləyişin olmadığını göstərdi", - deyə o bildirib.