Bakı. Trend:
“Uztekstilprom” Assosiasiyası Bakıda öz nümayəndəliyini və sərgi salonunu açacaq.
Trend-in məlumatına görə, bu barədə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində saziş imzalanıb.
Biznes forum avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində baş tutub.
Bakıda nümayəndəliyin və sərgi zalının açılması iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və Özbəkistanın tekstil məhsullarının Azərbaycan bazarına çıxarılması istiqamətində mühüm addım olacaq.