Bakı. Trend:
Rusiya bölgələrində Qərbi Nil qızdırması hallarına yoluxma halı qeydə alnıb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, virus Yaroslavl və Volqoqrad vilayətlərində aşkar edilib. Ən çox yayılan epidemiya Tatarıstandadır, burada bir ay ərzində ümumilikdə 59 hadisə qeydə alınıb.
Qərbi Nil qızdırması ağcaqanadlar tərəfindən yayılır. Təhlükəli ağırlaşmalar xəstənin ölümünə səbəb ola biləcək meningitdir.